Bakıda lombarda saxta qızıl verilib

  • 18 İyun, 2019 11:18
Bakıda lombarda saxta qızıl verilib

Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb.

"Finans.az" DİN-ə istinadən xəbər verir ki, iyunun 17-də Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib, araşdırma aparılır.