Bakıda bu avtobus dayanacağının yeri dəyişdirildi

  • 11 Sentyabr, 2019 17:44
Bakıda bu avtobus dayanacağının yeri dəyişdirildi

Paytaxtda nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacağının yeri dəyişdirilib.

"Finans.az" xəbər verir ki, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, Fətəli xan Xoyiski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağı nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil edilib. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsi təmin edilib. Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin ediləcək.