Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçirilir

  • 13 İyun, 2019 09:36
Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçirilir

Bu gün Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunan ənənəvi Aİ-Azərbaycan Biznes Forumu keçirilir.

Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən illik tədbirdir. Aİ tərəfindən maliyyələşdirilən biznes tədbiri Aİ-Azərbaycan biznes əlaqələrini təşviq etmək məqsədilə Avropa və Azərbaycandan olan yüksək səviyyəli biznes və hökumət nümayəndələrini bir araya gətirir. Tədbirə Azərbaycanda biznes mühiti mövzusu üzrə plenar sessiya, o cümlədən hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə keçiriləcək kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel panel müzakirələri daxildir.