Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR

  • 9 iyun, 2021 15:43
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 10-11 iyun tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq.

“Finans.az”ın verdiyi məlumata görə, yarmarkalarda 40-a yaxın regiondan 100-dan artıq fermer tərəfindən 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışı baş tutacaq.

“Kənddən şəhərə” yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A