Bakı-Sumqayıt yolunun təmiri bu tarixdə tam başa çatacaq - RƏSMİ

  • 22 Fevral, 2021 12:14
Bakı-Sumqayıt yolunun təmiri bu tarixdə tam başa çatacaq - RƏSMİ

Bakı-Sumqayıt yolunun 28,5 kilometrlik hissəsində işlər görülür.

"Finans.az"ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, bu gün artıq "20 Yanvar" dairəsindən Masazır qəsəbəsinə qədər yolun bərpası yekunlaşıb: "Hazırda 18-ci kilometrdən 28-ci kilometrə qədər beton yolun yararsız olan hissəsində işlər yekunlaşdırılır. Mart ayında həmin ərazidə işlər yekunlaşacaq və Bakı-Sumqayıt yolu tam istifadəyə veriləcək".


Mənbə: az.trend.az