Bakı-Sumqayıt qatarları qısa müddətdə ləngiyib

  • 3 Oktyabr, 2019 12:11
Bakı-Sumqayıt qatarları qısa müddətdə ləngiyib

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa müddətdə ləngimə olub.

“Finans.az” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda marşrut üzrə elektrik qatarları cədvəl üzrə hərəkət edir.