Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək - DİQQƏT

  • 11 Yanvar, 2019 10:14
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək - DİQQƏT

Təmirlə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ikigünlük ləğv ediləcək.

“Finans.az” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.