“Bakı Sığorta”nın səhmdarları toplanacaq

  • 27 may, 2021 08:34
“Bakı Sığorta”nın səhmdarları toplanacaq

İyunun 29-da, saat 11:00-da “Bakı Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 68 ünvanında yerləşən "Gülüstan Residence" Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsində keçiriləcək.

İclasın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bakı Sığorta”nın səhmdarları "Bank Respublika" ASC (51,29%), “Toyota Absheron Center” MMC (9,38%), “Subaru Azərbaycan” MMC (9,38%), “Yeni Motor” MMC (9,38%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).