3 metro stansiyasında hərəkət dayandırıldı

  • 27 Fevral, 2020 16:44
3 metro stansiyasında hərəkət dayandırıldı

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem "Bakı Metropoliteni" QSC-nin fəaliyyətində çətinliklər yaradıb.

“Finans.az” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, "Əhmədli" və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb.

"Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb", - deyə o, qeyd edib.


Mənbə: report.az