Bakı metrosu üçün 50 vaqon alınır

  • 8 Noyabr, 2018 17:40
Bakı metrosu üçün 50 vaqon alınır

“Bakı Metropoliteni” QSC gələn il həm yeni stansiyalarının açılışı, həm də vaqon parkında vaqonların yenilənməsi ilə əlaqədar 50 ədəd vaqon alacaq.

“Finans.az” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov açıqlaması zamanı bildirib.

Ə.Osmanovun sözlərinə görə, bu vaqonların 20 ədədi, yəni 4 vaqon tərkibi yeni xəttə, 30 ədəd vaqon isə, yəni 6 vaqon tərkibi köhnə xəttə gedəcək: “Yeni vaqonlar Rusiyanın “Metrovaqonmaş” şirkətinin istehsalı olan vaqonlardır”.