"Bakı Fond Birjası"nın dövriyyəsi 13% azalıb

  • 4 Dekabr, 2020 16:46

Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 378,8 milyon manat təşkil edib.

“Finans.az” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,7% artaraq 5 234 olub.

BFB-nin dövriyyəsinin 67,3%-i, yaxud 7 657,9 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 30,4% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 89,6% artaraq 1 785,8 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 83,1% artaraq 1 935,1 milyon manat olub.


Mənbə: report.az