"Aztelekom"un baş direktor əvəzi özünə 2 müşavir təyin edib

  • 10 iyun, 2021 11:42

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor əvəzi Samir Məmmədov özünə 2 müşavir təyin edib.

“Finans.az”ın əldə etdiyi məlumata görə, bunlar Cəfər Əbülfəz oğlu Yusifov və Orxan Emin oğlu Cavadlıdır.

Xatırladaq ki, S.Məmmədov həm də nazirliyin aparat rəhbəridir və "Aztelekom"un keçmiş baş direktoru Suat Paşayev vəzifəsindən azad edildikdən sonra onu müvəqqəti əvəz edir.


Mənbə: report.az