"Azsığorta"nın sədri bankın Müşahidə Şurasına üzv təyin edildi

  • 12 Mart, 2020 16:37

"Azsığorta" ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev eyni zamanda “AFB Bank”-ın Müşahidə Şurasına üzv təyin edilib.

"Finans.az" xəbər verir ki, o, 25 Fevral 2020-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.

Viladi Maniyev maliyyə sektorunda 20 ildən çox təcrübəyə malikdir. O, “Qala Sığorta” ASC, “Caspian Insurance Company”, Chartis Azerbaijan (keçmiş AIG Caspian) kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, o, 2016-ci ildən çalışdığı “Azsığorta” ASC-də Direktorlar Şurasının Sədri olmaqla yanaşı bundan sonra Bankın Müşahidə Şurasının üzvü vəzifəsini də icra edəcək.

Viladi Maniyev 1972-1977-ci ildə Azərbaycan Dövlət Universitetində “Fizika” ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır. 1978-ci ildə təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib.