“Azsığorta”nın rəhbərliyində dəyişiklik olub

  • 26 Sentyabr, 2019 11:37
“Azsığorta”nın rəhbərliyində dəyişiklik olub

“Azsığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov şirkətin Direktorlar Şurasının üzvü seçilib.

“Finans.az” xəbər verir ki, onun əvvəlki vəzifəsinin icrası isə müavini Yusif Soltanova həvalə olunub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.


Mənbə: report.az