“Azsığorta”nın rəhbər şəxslərindən biri vəzifəsini tərk edib

  • 22 İyul, 2019 15:57
“Azsığorta”nın rəhbər şəxslərindən biri vəzifəsini tərk edib

“Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü Ziya Talıbov vəzifəsini tərk edib.

“Finans.az” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, onun yerinə hələ ki, heç kim seçilməyib.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.