"Azre Təkrarsığorta"nın sahibləri dividend alacaq

  • 15 Mart, 2019 09:40

"Azre Təkrarsığorta" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 30 aprel 2019-cu il tarixində cəmiyyətin Bakı şəhəri, A. Bakıxanov küçəsi 6 ünvanında yerləşən "Bridge Plaza"nın 8-ci mərtəbəsindəki ofisində saat 10:00-da baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. 2018-ci ilin yekun maliyyə hesabatlarının təsdiq olunması;

2. Səhmdarlara Cəmiyyətin bölüşdürülməmiş mənfəəti hesabına dividend ödənilməsi;

3. Digər məsələlər.

Həmçinin səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyinə daxil olmayan məsələkər də müzakirə edilə bilər.