“Azneftmaşservis” səhmdarları dividendləri bölüşdürəcək

  • 16 Mart, 2019 10:56
“Azneftmaşservis” səhmdarları dividendləri bölüşdürəcək

“Azneftmaşservis” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 3 may 2019-cu il saat 10.00-da baş tutacaq.

Yığıncağın gündəliyi:

1. ASC-nin idarəetmə orqanlarının 2018-ci ilə dair maliyyə - təsərrüfat fəaliyyəti barədə hesabatı. Dividendlərin bölüşdürülməsi.

2. İllik hesabatların təsdiq edilməsi.

3. Təşkilati məsələ. ASC-nin idarəetmə orqanlarının seçilməsi.

4. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinə dair materiallarla tanışlıq üçün iş günlərində ASC rəhbərliyinə müraciət etmək olar. Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Ünvan- Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096 məhəllə, 507-ci küçə, ASC-nin inzibati binası, əlaqə telefonu-514-19-50.