“Azneftkimyamaş” ləğv olunur

  • 28 Noyabr, 2019 15:19
“Azneftkimyamaş” ləğv olunur

"Azneftkimyamaş" ASC "Balaxanı Maşınqayırma Zavodu" ASC-yə qoşulması ilə əlaqədar "Azneftkimyamaş" ləğv olunur.

“Finans.az” xəbər verir ki, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ötən gün qərar qəbul edib.

Xatırladaq ki, “Azneftkimyamaş” 2001-ci ildə yaradılıb. Səhmdar cəmiyyətinin əsas məqsədi rəqabətqabiliyyətli neft-qaz, geoloji-kəşfiyyat, həmçinin neftkimya sənayesi avadanlıqlarmı, onlar üçün lazımi alət və ehtiyat hissələrini işləmək və hazırlamaqdır.


Mənbə: report.az