“Azneft”in Mexaniki emal sahəsi istismara veriləcək

  • 10 Sentyabr, 2018 16:10
“Azneft”in Mexaniki emal sahəsi istismara veriləcək

SOCAR-ın “Azneft” İstehlalat Birliyinin müasir standartlara cavab verən Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinin mexaniki emal sahəsi istismara veriləcək.

“Finans.az”ın əldə etdiyi məlumata görə, bu idarə “Azneft” üçün önəmlidir və son dövrlərdə böyük həcmli təmir-tikinti işləri görülüb.

Məlumata görə, Mexaniki emal sahəsi müasir standartlara uyğun yenidən qurulur və artıq göz oxşayan zavoda çevrilir. Sözügedən zavod təkcə “Azneft” İstehsalat Birliyi üçün deyil, eləcə də, kənar təşkilatlar üçün işlər görəcək, böyük qazanclar əldə edəcək.

Mexaniki emal sahəsi Azərbaycanda sentyabrın 20-də qeyd ediləcək Neftçilər Günü ərəfəsində istismara veriləcəyi qeyd edilir.