“Azİntelecom” sığortaçı axtarır

  • 2 İyul, 2019 09:34
“Azİntelecom” sığortaçı axtarır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC açıq tender elan edir.

"Finans.az" xəbər verir ki, tender 1 lot üzrə infrastruktur avadanlıqları üçün sığorta xidmətlərinin satın alınması məqsədilə keçirilir.

İddiaçılar tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 14 avqust 2019-cu il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 15 avqust 2019-cu il saat 15.00-da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 74, “Azİntelecom” MMC-nin inzibati binasında açılacaqdır (əlaqələndirici şəxslər - Kamil Bektaşidən və Vüqar Yəhyazadədən) telefon - 012 200 00 74/72 ).

Tenderdə iştirak haqqı 600 manatdır.