“Azərsu” itirilmiş və ya zədələnmiş smart kartların bərpasını asanlaşdırıb

  • 31 Yanvar, 2019 13:50
“Azərsu” itirilmiş və ya zədələnmiş smart kartların bərpasını asanlaşdırıb

“Azərsu” ASC-də istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "İtirilmiş və ya zədələnmiş smart tipli kartların bərpası" xidməti yaradıl

ASC-dən “Finans.az”a verilən məlumata görə, Dövlət Xidmətləri Portalına daxil edilmiş bu xidmət “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində, həmçinin yerli sukanal idarələrində göstərilir.

“Xidmətdən istifadə etmək üçün vətəndaşlar şəxsiyyət vəsiqəsini, zədələnmiş smart kartı, smart sayğacın nömrəsini və ya abonent kodunu təqdim etməlidir. Xidmət müraciət edilən vaxt göstərilir və ödənişlidir. Abonentlər “Elektromed” markalı smart kartlar üçün 11 manat 50 qəpik, “Abşeron” markalı sayğacların kartları üçün 6 manat xidmət haqqı ödəyərək yeni kartlarla təmin olunurlar”, - deyə məlumatda bildirilir.