“Azərmarka”nın auditini bu şirkət aparacaq

  • 16 May, 2019 10:40
“Azərmarka”nın auditini bu şirkət aparacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” MMC 2017-ci il üzrə maliyyə audit hesabatını İFRS beynəlxalq standartlara uyğun aparılması xidmətlərinin satın alınmasına dair "Moore Stephens Azərbaycan" MMC ilə müqavilə bağlayıb.

“Finans.az” rəsmi məlumata istinadən xəbər verir ki, bu xidmətlərin müqalində audit şirkətinə 6 490 manat ödəniləcək.