“Azərkosmos” 100 mln. dollardan çox gəlir əldə edib

  • 6 Oktyabr, 2018 14:05
“Azərkosmos” 100 mln. dollardan çox gəlir əldə edib

Azərkosmos” ASC indiyə qədər milli peyklərin istismarından 100 mln. ABŞ dollarından çox gəlir əldə edib.

"Finans.az" xəbər verir ki, bunu “Azərkosmos”un sədri Rəşad Nəbiyev rəsmi qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əldə olunan gəlirin 80%-dən çoxu ixracın payına düşür.

ASC-nin sədri bu günədək peyklərin 25-dən çox ölkədə sabit müştəri bazasının formalaşdığını qeyd edib: “Bir məsələni qeyd edim ki, son illər Azərbaycanla eyni vaxtda peyk layihələrinə başlamış bir sıra yaxın region ölkələrinin imic və ya prestij xarakterli proqramlarından fərqli olaraq, bizim peyklərimiz milli qürur mənbəyimiz olmaqla yanaşı, kommersiya xarakteri daşıyır”.

Qeyd edək ki, “Azərkosmos” 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə təsis edilib. 2013-cü ildə “Azerspace 1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, bu il sentyabrın 26-da isə “Azerspace 2” telekommunikasiya peyki orbitə çıxarılıb.