"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

  • 6 may, 2020 14:50

"Azərkosmos" ASC Birləşmiş Ərəb Əmirliklərinin peyk şəbəkəsi üzrə xidmətlər həyata keçirən "TheAngle" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən "Finans.az"a verilən məlumata görə, müqaviləyə əsasən "Azərkosmos" və "TheAngle" şirkəti Yaxın Şərq və Avropa regionlarında etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.

Qeyd edək ki, sözügedən şirkət Yaxın Şərq və Avropa regionlarında telekommunikasiya sahəsində genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təklif edir.