“Azərkosmos” auditor axtarır

  • 27 Oktyabr, 2018 11:55
“Azərkosmos” auditor axtarır

Azərkosmos” ASC 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun olaraq müstəqil auditi xidmətinin satınalınması məqsədi ilə açıq tender elan edib və bu sahədə xidmət göstərən şirkətləri tenderdə iştiraka dəvət edir.

“Finans.az” xəbər verir ki, tenderdə iştirak haqqı 170 manatdır.

Satınalınan xidmət 2018-2020-ci illəri əhatə etməlidir. Müqaviləni imzalayacaq qalib şirkət xidmətin göstərilməsinə müqavilə imzalandığı gündən başlayaraq 1 iş günü ərzində başlamalıdır.

Tender təklifi noyabrın 28-i Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos”yə (ünvan: Bakı, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5) təqdim edilməlidir. Tender proseduru noyabrın 29-u saat 11.00-da “Azərkosmos”un böyük iclas zalında başlayacaq.


Mənbə: report.az