“Azərişıq”la “Quş ferması” arasında 14 000 manatlıq - MƏHKƏMƏ

  • 26 Fevral, 2020 15:58
“Azərişıq”la “Quş ferması” arasında 14 000 manatlıq - MƏHKƏMƏ

Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayonunda “Quş ferması”nın sahibi olan Aygün Şahbazova ilə “Azərişıq” ASC arasında olan məhkəmə çəkişməsi ilə bağlı qərar qəbul edilib.

“Finans.az” xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsi “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yazılan aktın ləğv edilməsi və borc kimi tutulmuş 13 790 manat pulun “Azərişıq” ASC-dən alınaraq Şahbazova Aygün Əskər qızına qaytarılması barədə qətnamə çıxarıb.

Cavabdeh “Azərişıq” ASC-nin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahişi ilə məhkəməyə müraciət edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin sədrlik etdiyi iclasda iddiaçı Şahbazova Aygün Əskər qızının cavabdeh “Azərişıq” ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.


Mənbə: report.az