"Azərişıq" koronavirusa qarşı qabaqlayıcı tədbirlər görür

  • 11 Mart, 2020 14:48

"Azərişıq" ASC koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər görür.

“Finans.az” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, qabaqlayıcı tədbirlər çərçivəsində ötən gün səhmdar cəmiyyətinin inzibati binasında, region və rayon elektrik şəbəkələrində, tədris mərkəzlərində, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında,199 saylı cağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keçirilib və mütəmadi davam etdirilir.