“Azəriqaz” kollektivi 5 min ağac tingi, dekorativ kol və güllər əkib

  • 6 Dekabr, 2019 17:37
“Azəriqaz” kollektivi 5 min ağac tingi, dekorativ kol və güllər əkib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada keçirilən “Bir gündə 650 min ağac əkək” kampaniyasına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) digər təşkilatları ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyi də qoşulub.

Bu barədə “Finans.az”a “Azəriqaz”dan məlumat verilib. Bildirlib ki, aksiya çərçivəsində 15 növdən ibarət 5 min ağac tingi, dekorativ kol və güllər əkilib. Onlardan 2 mini Bakı və Abşeron yarımadasında, 3 mini isə regionlarda əkilib.

“Azəriqaz”ın Bakı və Abşeron yarımadasında yerləşən, həmçinin respublika üzrə bütün regional struktur bölmələri məmnuniyyətlə bu tədbirdə iştirak ediblər.