“Azəriqaz”ın bir neçə xidmət sahəsi bayramda da işləyəcək

  • 9 Avqust, 2019 15:18
“Azəriqaz”ın bir neçə xidmət sahəsi bayramda da işləyəcək

Qurban bayramı günlərində (12 və 13 avqust) “Azəriqaz” İB-nin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.

Qurumdan "Finans.az"a verilən məlumata görə, birliyin inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.