“Azəriqaz”ın abonentlərinin sayı 2,3 milyona yaxınlaşıb

  • 10 İyul, 2020 15:28
“Azəriqaz”ın abonentlərinin sayı 2,3 milyona yaxınlaşıb

Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 3 132 yeni abonent qeydiyyata alınıb.

“Finans.az”ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bundan 2 252 abonent Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 880 abonent isə regionların payına düşür.

Bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 01 iyul 2020-ci il tarixinə “Azəriqaz”da ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olub. 881 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5 000 kub metr həcmində limit ayrılıb.


Mənbə: report.az