“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi

  • 11 Sentyabr, 2020 11:15
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr islahatları aparılmaqla bəzi rəhbər şəxslərin iş yerləri dəyişdirilib.

“Azəriqaz”dan “Finans.az"a verilən məlumata görə, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi, Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Gəncə Regional qaz istismarı İdarəsinin rəisi, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Salyan Regional qaz istismarı İdarəsinin rəisi, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.

"Artıq bu barədə müvafiq əmrlər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcək", - deyə qurum bəyan edib.


Mənbə: report.az