“AzerGold” qızıl və gümüş üçün satış və mübadilə mərkəzi yaradır - İLK DƏFƏ

  • 6 iyul, 2021 11:14
“AzerGold” qızıl və gümüş üçün satış və mübadilə mərkəzi yaradır - İLK DƏFƏ

“AzerGold” QSC ölkədə zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə vermək niyyətindədir.

“Finans.az”ın məlumatına görə, bu barədə “AzerGold”un 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, bu məqsədilə “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması istiqamətində də intensiv iş aparılır. Mərkəzdə ilk dəfə Cəmiyyətin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı da təmin ediləcək.


Mənbə: report.az