“AzerGold” qızıl hasilatını 14% artırıb

  • 8 Sentyabr, 2020 11:10
“AzerGold” qızıl hasilatını 14% artırıb

Bu ilin yanvar-avqustu aylarında “AzerGold” QSC 39 312 unsiya qızıl hasil edib.

"Finans.az" şirkətə istinadən xəbər verir ki, bu, 8 aylıq plandan 4 752 unsiya, illik müqayisədə isə 14% çoxdur.

"Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilib", - deyə qurum bəyan edib.


Mənbə: report.az