"Azercell" bu internet tariflərini bahalaşdırdı

  • 19 Sentyabr, 2019 09:06

"Azercell Telekom" "Limitsiz 1 saat" və "Limitsiz 3 saat" adlı internet paketləri üzrə tarifləri artırır.

"Finans.az" xəbər verir ki, "Azercell" 19 oktyabr 2019-cu il tarixindən etibarən fakturalı və fakturasız (SimSim) xətt sistemində mövcud olan nömrələr üçün "Limitsiz 1 saat" adlı internet paketinə 0,50 AZN, "Limitsiz 3 saat" adlı internet paketinə isə 1,20 AZN tarifləri tətbiq edəcək.

Qeyd edək ki, hazırda "Limitsiz 1 saat" internet paketi üzrə 0,40 AZN, "Limitsiz 3 saat" internet paketi üçün 1 AZN tarif tətbiq olunur.