Azərbaycanlıların yaratdığı startap Rusiya bankından dəstək alıb

  • 20 Sentyabr, 2019 17:11
Azərbaycanlıların yaratdığı startap Rusiya bankından dəstək alıb

Rusiyanın ən iri banklarından olan Sberbankın startaplar üçün keçirdiyi akseleratorun qalibləri içərisində həmyerlimizin Bəhnam Qurbanzadənin yaratdığı son dərəcə maraqlı və faydalı layihə də var.

"Finans.az" xəbər verir ki, layihənin adı PayZakat-dır. Bu platforma vasitəsi ilə müsəlmanlar zəkat və xeyriyyəçilik işlərinə sərf etmək istədikləri maliyyə vəsaitini ünvanına çatdıra bilərlər.

PayZakat insanları onların maliyyə vəsaitinin hara xərcləndiyinə dair detallı və vaxtı-vaxtında məlumatlandırır. Dünən keçirilmiş görüşdə Sberbank və 500 Startups-ın birgə akseleratorunun rəhbəri Natalya Magidey PayZakat-ın adını Sberbankdan dəstək almış uğurlu layihələr sırasında çəkib.


Mənbə: report.az