Azərbaycanlılar bu ölkədə 251 ev alıb - CARİ İLDƏ

  • 15 aprel, 2021 12:11
Azərbaycanlılar bu ölkədə 251 ev alıb - CARİ İLDƏ

Bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 251, təkcə martda isə 106 mənzil alıb.

“Finans.az”ın Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 11,6% az və 11,6% çoxdur.

Ümumilikdə isə yanvar-martda qonşu ölkədə 9 992, təkcə martda isə 4 285 əmlak xarici vətəndaşlara satılıb ki, bu da illik müqayisədə 9,7% az və 39,3 % çoxdur.

Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşlarıdır. Bu ölkədən olanlar yanvar-martda 1 599, təkcə martda isə 663 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar rüb ərzində 1 461, ötən ay isə 644 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkədən olanlar yanvar-martda 938, martda isə 419 mənzilə sahib olub.


Mənbə: report.az