Azərbaycanla Almaniya arasında birbaşa uçuşlar bərpa olunur

  • 11 may, 2021 11:30
Azərbaycanla Almaniya arasında birbaşa uçuşlar bərpa olunur

Almaniyanın milli aviadaşıyıcısı - "Lufthansa" şirkəti Berlin-Bakı-Berlin marşrutu üzrə uçuşları bərpa etməyə hazırlaşır.

“Finans.az” xəbər verir ki, aviaşirkət bunun üçün Heydər Əliyev Beynəlxalq Aeroportundan razılıq alıb.

Aviareyslərin avqustun 14-dən yerinə yetirilməsi nəzərdə tutulur.


Mənbə: report.az