Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

  • 14 Avqust, 2020 12:57
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Bu il yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 15,03 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Finans.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4% azdır.

Bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 9,13 milyard ABŞ dolları ixracın, 5,9 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,5%, idxal isə 30% azalıb.

Son nəticədə xarici ticarətdə 3,23 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 15,7% azdır.


Mənbə: report.az