Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 39% azalıb

  • 20 Oktyabr, 2020 10:59
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 39% azalıb

Bu il yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 18,403 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Finans.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% azdır.

Bu ilin ilk 9 ayında xarici ticarət dövriyyəsinin 10,579 milyard dolları ixracın, 7,823 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,8%, idxal isə 24,6% azalıb.

Son nəticədə xarici ticarətdə 2,756 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 38,6% azdır.


Mənbə: report.az