Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 22% azalıb

  • 16 Dekabr, 2019 17:48
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 22% azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 30,688 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"Finans.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.

11 aylıq xarici ticarət dövriyyəsinin 18,303 milyard dolları ixracın, 12,385 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,15%, idxal isə 20,3% artıb.

Son nəticədə xarici ticarətdə 5,919 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 22,35% azdır.


Mənbə: report.az