Azərbaycanın xarici dövlət borcunun ÜDM-də nisbəti 19% olub

  • 23 Avqust, 2019 14:32
Azərbaycanın xarici dövlət borcunun ÜDM-də nisbəti 19% olub

01 iyul 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,920.0 milyon ABŞ dolları (15,164.1 milyon manat) təşkil edir.

"Finans.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.0 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79,649.0 milyon manat ÜDM-ə nisbətdə) olub. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.