Azərbaycanın valyuta ehtiyatları son 10 ildə - İCMAL

  • 7 Mart, 2019 10:02
Azərbaycanın valyuta ehtiyatları son 10 ildə - İCMAL

2009-2018-ci illərdə Azərbaycanın valyuta ehtiyatları 26 784,7 mln. ABŞ dolları və yaxud 2,5 dəfə artaraq bu il yanvarın 1-nə 44 140,9 mln. dollar təşkil edib.

"Finans.az" “Report”un analitik qrupuna istinadən bildirir ki, bunun 38 515,2 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 5 625,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Son 10 ildə ARDNF-in valyuta ehtiyatları 27 296 mln. dollar və yaxud 3,4 dəfə artıb, AMB-nin valyuta ehtiyatları isə 511,3 mln. dollar və yaxud 8,3% azalıb.

Müşahidələr göstərir ki, Azərbaycanın valyuta ehtiyatları 2009-2014-cü illərdə ancaq artıb və 1 iyul 2014-cü il tarixində maksimal həddə 52 785,6 mln. dollara çatıb. Bundan sonra isə dünya bazarında neftin qiymətinin azalması ilə əlaqədar valyuta ehtiyatları azalmağa başlayıb və 1 yanvar 2017-ci il tarixində 37 121,4 mln. dollara düşüb. Son 2 ildə isə kiçik istisnalarda valyuta ehtiyatları artmaqda davam edib. Hazırda bu göstərici tarixi rekorddan 8 644,7 mln. dollar və yaxud 16,4% azdır.

Eyni tendensiya ARDNF-in və AMB-nin valyuta ehtiyatlarında da müşahidə edilib. Belə ki, hər iki qurum 2009-2014-cü illərdə valyuta ehtiyatlarını artırıb. 2014-cü ilin II rübünün yekununda ARDNF 37 622,4 mln. dollar, AMB isə 15 163,2 mln. dollar vəsaitə malik olub. Bundan sonra isə hər iki qurumun valyuta ehtiyatları məlum səbəbdən azalmağa başlayıb və 2016-cı ilin sonunda isə müvafiq olaraq 33 147 mln. dollara və 3 974,4 mln. dollara düşüb. Son 2 ildə ARDNF valyuta ehtiyatlarını 5 368,2 mln. dollar və yaxud 16,2% artırıb və maksimal həddə çatdırıb. AMB isə valyuta ehtiyatlarını 1 651,3 mln. dollar və yaxud 41,55% artırıb, amma hazırda bu göstərici tarixi rekorddan 9 537,5 mln. dollar və yaxud 2,7 dəfə azdır.

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları
(mln. ABŞ dolları)
01.01.201938 515,25 625,744 140,9
01.10.201838 987,75 534,544 522,2
01.07.201838 036,15 512,743 548,8
01.04.201837 631,75 508,043 139,7
01.01.201835 806,55 334,641 141,1
01.10.201736 020,05 167,541 187,5
01.07.201734 790,94 964,139 755,0
01.04.201733 207,24 432,737 639,9
01.01.201733 147,03 974,437 121,4
01.10.201635 822,14 132,739 954,8
01.07.201635 117,94 283,939 401,8
01.04.201634 246,04 065,838 311,8
01.01.201633 574,15 016,738 590,8
01.10.201534 738,17 014,741 752,8
01.07.201535 783,38 520,244 303,5
01.04.201534 930,59 472,144 402,6
01.01.201537 104,113 758,350 862,4
01.10.201437 305,315 042,452 347,7
01.07.201437 622,415 163,252 785,6
01.04.201436 618,414 715,751 334,1
01.01.201435 877,514 152,050 029,5
01.10.201335 809,213 262,749 071,9
01.07.201334 678,412 720,447 398,8
01.04.201334 325,712 332,646 658,3
01.01.201334 129,411 694,845 824,2
01.10.201233 192,411 506,544 698,9
01.07.201232 666,011 046,343 712,3
01.04.201232 359,410 822,643 182,0
01.01.201229 800,010 481,540 281,5
01.10.201132 242,56 943,339 185,8
01.07.201130 357,56 947,537 305,0
01.04.201125 796,96 718,432 515,3
01.01.201122 766,86 407,629 174,4
01.10.201021 720,86 057,627 778,4
01.07.201018 122,35 470,723 593,0
01.04.201016 243,35 510,021 753,3
01.01.201014 900,45 161,720 062,1
01.10.200913 337,55 103,718 441,2
01.07.200911 886,45 080,716 967,1
01.04.200910 863,94 961,815 825,7
01.01.200911 219,26 137,017 356,2

2009-2018-ci illər ərzində Azərbaycanın valyuta ehtiyatlarında ən çox artım 2011-ci ildə (11 107,1 mln. dollar), ən çox azalma isə manatın devalvasiyasının baş verdiyi 2015-ci ildə (12 271,6 mln. dollar) qeydə alınıb. O cümlədən ARDNF-in valyuta ehtiyatları ən çox 2010-cu ildə artıb, (7 866,4 mln. dollar), ən çox 2015-ci ildə azalıb (3 530 mln. dollar), AMB-nin valyuta ehtiyatları isə çox 2011-ci ildə artıb (4 073,9 mln. dollar), ən çox 2015-ci ildə azalıb (8 741,6 mln. dollar).

ARDNF-in valyuta ehtiyatlarında
artım/azalma
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatlarında
artım/azalma
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatlarında
artım/azalma
(mln. ABŞ dolları)
2018+ 2 708,7+ 291,1+ 2 999,8
2017+ 2 659,5+ 1 360,2+ 4 019,7
2016- 427,1- 1 042,3- 1 469,4
2015- 3 530,0- 8 741,6- 12 271,6
2014+ 1 226,6- 393,7+ 832,9
2013+ 1 748,1+ 2 457,2+ 4 205,3
2012+ 4 329,4+ 1 213,3+ 5 542,7
2011+ 7 033,2+ 4 073,9+ 11 107,1
2010+ 7 866,4+ 1 245,9+ 9 112,3
2009+ 3 681,2- 975,3+ 2 705,9

“Report”un analitik qrupu 2019-cu ilin yekununda Azərbaycanın valyuta ehtiyatlarının 46 mlrd. dollar civarında olacağını proqnozlaşdırır. Bunun 40-41 mlrd. dollarlıq hissəsi ARDNF-ə, 5-6 mlrd. dollarlıq hissəsi isə AMB-yə məxsus olacaq.