Azərbaycanın Ukraynaya satdığı neftdən gələn gəlirlər açıqlanıb

  • 8 Oktyabr, 2018 15:00
Azərbaycanın Ukraynaya satdığı neftdən gələn gəlirlər açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Ukrayna neft və xam malının idxalı 569,081 min tona qədər azaldıb.

“Finans.az”ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 25% və ya 189,618 min ton azdır.

Ukrayna Dövlət Fiskal Xidmətinin məlumatında deyilir ki, bu müddət ərzində 317,603 mln. ABŞ dolları dəyərində neft idxal edilib ki, bu da 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,4% azdır. 2017-ci ilin müvafiq dövründə bu göstərici 318,922 mln. dollar təşkil edib.

Bu müddət ərzində Azərbaycandan 300,503 mln. dollar dəyərində xam mal idxal edilib. Bu ilin 9 ayında Əlcəzairdən 7,176 mln. dollar, İrandan 7,117 mln. dollar, digər ölkələrdən isə 2,807 mln. dollar dəyərində xal mal idxal edilib.

Bildirilir ki, hesabat dövründə neft və neft xam malının ixracı həyata keçirilməyib.

Qeyd edək ki, 2017-ci ildə Ukrayna dəyəri 442,219 mln. dollar olan 1 mln. 13,359 min ton həcmində neft və neft xam malı ixrac edib.