Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq

  • 21 Avqust, 2019 12:47
Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq

Bu ilin sentyabrın 9-13 tarixlərində Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

"Finans.az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, "Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq. Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətləri Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırılacaq.