Azərbaycanın tikinti şirkətinin yeni rəhbərliyi seçiləcək

  • 11 Sentyabr, 2019 17:12
Azərbaycanın tikinti şirkətinin yeni rəhbərliyi seçiləcək

“Sosialtikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“"Finans.az" xəbər verir ki, yığıncaq 28 oktyabr 2019-cu il saat 10.30-da baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. 2018-ci il üçün maliyyə balansının təsdiq edilməsi.

2. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi.

3. Müşahidə Şurasının, icra orqanının və maliyyə–təftiş müfəttişinin seçilməsi.

4.Cari məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətə müraciət edə bilərlər. Əlaqə telefonu-012-456-45-87. Ünvan-Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 66.