Azərbaycanın sığorta bazarı böyüyüb

  • 29 iyun, 2021 14:07
Azərbaycanın sığorta bazarı böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 398,001 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Finans.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 208,233 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,6% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 33,9 manat olub.


Mənbə: report.az