Azərbaycanın sığorta bazarı 10% böyüyüb

  • 2 Dekabr, 2020 12:14
Azərbaycanın sığorta bazarı 10% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 628,374 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Finans.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 350,035 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,2% çoxdur.

2020-cu ilin yanvar-oktyabr aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,7 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-oktyabr aylarında bu göstərici 39,5 manat olub.


Mənbə: report.az