Azərbaycanın sığorta agentliklərindən biri ləğv olunur

  • 29 Oktyabr, 2019 17:36
Azərbaycanın sığorta agentliklərindən biri ləğv olunur

“Star Sığorta Agentliyi” MMC ləğv olunduğunu elan edib.

“Finans.az” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetində qeyd olunur.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əlişir Nəvai küçəsi, ev 22, mənzil 118 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Star Sığorta Agentliyi” 2013-cü ildən yaradılıb.


Mənbə: report.az