Azərbaycanın quşçuluq şirkətinə yeni sədr seçiləcək

  • 31 May, 2019 08:58
Azərbaycanın quşçuluq şirkətinə yeni sədr seçiləcək

“Qəbələ Quşçuluq” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 20 iyul 2019-cu il saat 15.00-da Qəbələ rayonu, Böyük Əmili kəndində cəmiyyətin inzibati binasında baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları.

2. İdarə heyətinin üzvlərinin və sədrinin seçilməsi.

3. Digər məsələlər.