Azərbaycanın qiymətli kağızlar bazarı - 40% kiçilib

  • 24 İyul, 2020 13:04
Azərbaycanın qiymətli kağızlar bazarı - 40% kiçilib

Bu ilin yanvar-iyun aylarlarında Azərbaycanın qiymətli kağızlar bazarında 4 917,1 milyon manatlıq əməliyyat aparılıb.

“Finans.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,9% azdır.

Yarım illik göstəricinin 2 710,7 milyon manatlıq hissəsi ilkin bazarda (39% az), 2 206,4 milyon manatlıq hissəsi isə təkrar bazarda (81% çox) formalaşıb.

6 ay ərzində qiymətli kağızlar bazarında 2 383 əqd bağlanılıb. Bu illik müqayisədə 11,9% azdır. Əqdlərin 440-i ilkin bazarın (48,5% az), 1 943-si isə təkrar bazarın (5% çox) payına düşüb.


Mənbə: report.az